Google My Business,şirkətinizin Google axtarışlarında və xəritələrdə tapılmasını asanlaşdıran və iş hesablarınızı idarə etməyə imkan verən pulsuz idarəetmə vasitəsidir. Google My Business,Google tərəfindən müəssisələrə təqdim olunan, insanların müəssisələri daha asan şəkildə tapması, müəssisə ilə bağlı məlumatları (iş saatları, ünvanı, müəssisə daxili və xarici şəkillər, müştərilərin rəyləri və s.) əldə edərək,fikirlərini bölüşə bildikləri bir Google xidmətidir. Google My Business əsas fərqi internet vasitələri ilə istifadəçilərə çatmaq üçün sərf edilən vaxt itkisinin qarşısını almasıdır. Bu həm istifadəçilər, həm də biznes sahibləri üçün çox əlverişlidir. Eyni məqsəd üçün çox sayda müxtəlif tətbiqlərdən istifadə müəssisələr üçün vaxt itkisi olduğu kimi istifadəçilərin də sıxılıb axtarış etməkdən imtina etmələrinə səbəb ola bilər. Google My Business tərəfindən verilmiş bir parol ilə idarə olunan sistem, müəssisələrin vaxt itkisinin qarşısını alır və istifadəçilərə daha sürətli və daha asan girişi təmin edir. Müəssisələrin həyatını asanlaşdıran bu tətbiqetmə bir panel vasitəsilə idarə olunur. Paneldə edə biləcəyiniz işlər bunlardır: İş məlumatlarınızı hər zaman aktual edə bilərsiniz .Google My Business Sadiq bir müştəri bazası yarada və müştərilərinizin şərhlərini Google My Business-də paylaşmasına icazə verə bilərsiniz. Panel vasitəsilə təhlil edə, istifadəçilərinizin qarşılıqlı münasibətlərini izləyə və müvafiq olaraq işinizi yaxşılaşdırmaq üçün addımlar ata bilərsiniz. Google Analytics və kanalınızdakı statistikanı izləyə bilərsiniz. İstifadəçilərə xidmət saatları barədə məlumat verə bilərsiniz və s.