Bizneslər bütün əməliyyat fəaliyyətinin və əksər hallarda isə ən azı Maliyyə Uçotu əməliyyatlarının avtomatlaşmasını istəyir. Lakin istəkləri və büdcəsinə uyğun proqram təminatı seçilməsi məsələsində problemlərlə və itkilərlə üzləşirlər. Çünki proqram təminatı seçərkən bilgisizlikdən Proqram təminatı təklif edən "şəxs" yaxud Şirkətlərə istəklərini düzgün çatdıra bilmirlər, yaxud qarşı tərəf bilgisizlikdən sui istifadə edirlər və lazımsız proqram təminatını müştəriyə satırlar. Nəticədə Biznes ona lazım olmayan bir proqram təminatına məsrəf itirmiş olur və həm vaxt itirir, həmçinin də heç bir nəticə əldə etməmiş olur. Bu halda belə çəkdiyiniz məsrəf itməsin deyə bizə müraciətiniz sizə faydalı ola bilər. Biz həmin proqram təminatını analiz edib, davam edib etməmənizlə bağlı sizə məsləhətlərimizi verə bilərik. Ola bilər ki, problem sizin kadrlarınızın proqram təminatını işlətmə peşəkarlığının azlığı olsun.
CRYSTAL ACCFİN MMC şirkəti bazarda proqram təminatı ilə məşğul olan şirkətləri və onların hansı dərəcədə fəaliyyət göstərdiyini tanıyır. Bu səbəbdən biznesinizə proqram təminatı seçməzdən əvvəl istəklərinizin və büdcənizin uyğun olacağı proqram təminatını seçməyi bizə həvalə edin.
Biz biznesinizin bütün əməliyyat fəaliyyətinin yaxud hansısa bir bölmənizin əməliyyatlarını vahid məlumat bazasında avtomatlaşmasını təmin edəcək ən uyğun proqram platformaları və konfiqurasiyalarını sizə təqdim edəcəyik. Həmçinin Proqram təminatının istəklərinizə uyğunluğunu ən səmərəli variantda həllini təmin edəcəyik. Bundan əlavə Proqram təminatının kadrlarınıza öyrədilməsini həyata keçirəcəyik.
Bu xidmətlər üzrə qiymətlər biznesin fəaliyyət sahəsi və işin mürəkkəblik dərəcəsinə uyğun olaraq danışıqlar zamanı yaxud sorğuda qeyd edilmiş məlumatlar əsasında müəyyən olunur və qiymət təklifi göndərilir.
Proqram Təminatı Xidmətləri
- Proqram Təminatında Biznes Proseslərinizə Uyğunsuzluqların analizi
- Proqram Təminatında Biznes Proseslərinizə uyğun Texniki Tapşırıqların verilməsi
- 1C 8.3 Proqramı + Fəaliyyət sahəsinə uyğun Konfiqurasiya
- 1C 8.3 Proqramı + ERP konfiqurasiya
- 1C 7.7 Proqramı + Maliyyə və Vergi uçotunun Universal Konfiqurasiyası