Haqqımızda

CRYSTAL ACCFİN MMC 10.10.2019-cu il tarixində yaradılmışdır və onun yaradılması ideyası Maliyyə Sahəsi üzrə mütəxəssis Rauf Yusifov tərəfindən irəli sürülmüşdür. 


Rauf Yusifov uzun illər fərqli fəaliyyət sahələrindən olan bizneslərdə (Tikinti, İstehsal, Kənd təsərrüfatı, Ticarət, Təçhizat, Sığorta, Bank, Məsləhət Xidməti kimi Müəsssisələrdə) Biznes Kredit Mütəxəssisi, Mühasib, Baş Mühasib, Maliyyə Meneceri və Maliyyə Məsləhətçisi kimi vəzifələrdə çalışmışdır. Bu illər ərzində bu sahələr üzrə böyük təcrübəsi qazanmışdır. Bu təcrübəsi zamanı müəssisələrin biznes proseslərində, Maliyyə sistmlərində olan bir çox nöqsanları və boşluqları, qeyri-standart yanaşmaları görmüş və peşəkar kadr çatışmazlığını aşkar etmişdir. Bu səbəbdən Müəssisələrin biznes proseslərinin və Maliyyə sisteminin təkmilləşdirilməsinə, onların beynəlxalq standartlara uyğunlaşdırılmasına və əməkdaşların peşəkarlığının artırılmasına ehtiyacın olduğunu müəyyən etmişdir. Müəssisələrin bu ehtiyacını aradan qaldırmaq üçün CRYSTAL ACCFİN MMC şirkəti yaradılmışdır.

Bizimlə Əlaqə

Zərifə Əliyeva 93, BEGOC Biznes Mərkəzi, 6-cı mərtəbə

Telephone : (+994) 50 669 96 44

Email : info@crystalaccfin.com

Göndər