Hədəfimiz

CRYSTAL ACCFİN MMC 10.10.2019-cu il tarixində yaradılmışdır və onun yaradılması ideyası Maliyyə Sahəsi üzrə mütəxəssis Rauf Yusifov tərəfindən irəli sürülmüşdür. 


Rauf Yusifov uzun illər fərqli fəaliyyət sahələrindən olan bizneslərdə (Tikinti, İstehsal, Kənd təsərrüfatı, Ticarət, Təçhizat, Sığorta, Bank, Məsləhət Xidməti kimi Müəsssisələrdə) Biznes Kredit Mütəxəssisi, Mühasib, Baş Mühasib, Maliyyə Meneceri və Maliyyə Məsləhətçisi kimi vəzifələrdə çalışmış və çox böyük təcrübə qazanmış və bu təcrübə zamanı Azərbaycanda olan müəssisələrin biznes proseslərində, Maliyyə sistmlərində olan bir çox nöqsanları və boşluqları, qeyri-standart yanaşmaları görmüş və peşəkar kadr çatışmazlığını aşkar etmişdir. Bu səbəbdən Müəssisələrin biznes proseslərinin və Maliyyə sisteminin təkmilləşdirilməsinə, onların beynəlxalq standartlara uyğunlaşdırılmasına və əməkdaşların peşəkarlığının artırılmasına ehtiyacın olduğunu müəyyən etmişdir. Müəssisələrin bu ehtiyacını aradan qaldırmaq üçün CRYSTAL ACCFİN MMC şirkəti yaradılmışdır.

Əsas Strateji Hədəfimiz: Bizneslərdə Menecerlər tərəfindən Maliyyə Sisteminin Əhəmiyyətinin və dəyərinin bilinməsinə çatmaq və Biznes Proseslərin, Maliyyə Sisteminin qurulması, təkmilləşdirilməsi, təşkili, və tədrisi sahəsində Lider Şirkət olmaqdır.