İdarəetmə Uçotu Xidmətləri

Əziz Sahibkarlar və Rəhbərlər, 

Biznesin uğurlu getdiyini görürsünüz, ancaq daxilinizdə bir hiss nəsə o deyil deyir? 

Bax bu hiss varsa bilin ki, birbaşa və ya dolayısı ilə uçotlarınızda problem var. Uçotda problem varsa, bu biznes üçün əlavə iş yükündən başqa bir şey deyil ki, pulunu verdiyiniz əmək resursu boş yerə sərf edilir. Hələ mən bunun vuruğu digər zərərləri demirəm. 

Bəs uçot nədir və niyə lazımdır? 

Məlumatların qeydiyyata alındığı, təsnifləşdiyi, toplandığı və Biznesin uğurlu inkişafı üçün düzgün qərarların alınmasını təmin edəcək informasiya sisteminizdir.   

Bəs hansı uçotlardan istifadə olunur və yaxud olunmalıdır? 

Çox zaman bir uçot növünün bilgisini almış əməkdaş bütün digər uçotlara da o gözdən baxır və qarışdırır, bu səbəbdən mühasiblə müdirlər, vergi əməkdaşı ilə mühasiblər bir birlərini qarşılıqlı olaraq anlamaqda çətinlik çəkirlər və hamı özünü haqlı sayır. Əslində hamı haqlıdır, sadəcə biri digər uçotun məqsədini bilmədiyindən bunlar baş verir və konfliktə səbəb olur.

Narahat olmayın çox asan bir dildə biz sizə izah edəcəyik, çünki işimiz bütün uçotların təşkilidir.

İdarəetmə Uçotu haqqında davam edək: 

Biznesin məlumatlarında maraqlı tərəflər var. "Maraqlı Tərəflər" dedikdə fiziki və hüquqi şəxslər başa düşülür ki, buda biznesin sahibləri, işçiləri və digər əlaqədə olduğu şirkətlər, dövlət orqanları, maliyyə təşkilatlarında olan şəxslərdir. Bax bu kimi biznesin məlumatlarına maraqlı tərəflərin fərqli məqsədlərinə görə uçotların əsasən 3 növü istifadə edilir və edilməlidir: İdarəetmə uçotu, Maliyyə Uçotu və Vergi Uçotu 

Gördüyünüz kimi, fərqli uçotların yaranma səbəbi "Kimə nə lazımdır? sualına görə yaranır. Əslində biznesdə baş verən əməliyyatlar və proseslər dəyişmir, hər bir uçot eyni əməliyyatı qeydiyyata alır, lakin fərqli istifadəçilər üçün fərqli uçotlarda həmin əməliyyata dair fərqli məlumatlar qeydiyyata alınır, yaxud eyni məlumatlar fərqli forma və yanaşma ilə qeydiyyata alınır. Vəssalam fərq sadəcə məlumatı istifadə edən tərəfin fərqli informasiya tələbinə görədir. 

Bəs kimlərə hansı uçot lazımdır və niyə lazımdır? 

İlk öncə rəhbər və idarəçi heyətə daxili fəaliyyətin məhsuldarlığını ölçmək, idarə etmək və artırmaq məqsədlərinə görə bir uçot gərəklidir. Çünki ölçə bilmədiyiniz bir şeyi idarə edə bilməzsiniz, idarə edə bilmədiyiniz şeyi dəyişə bilmərsiniz. 

Bəs bu məqsədlər üçün idarəçilər uçotda nə görmək istəyirlər? 

Məlumatların daha detallı təhlili, proqnoz və planlar formalaşdıra bilmək, gedişatı ölçə bilmək ki, idarə edə bilsinlər. Deməli rəhbər və idarəçi heyəti təhlil, plan və nəticə hesabatları ilə təmin edəcək uçot İdarəetmə uçotudur.  İdarəetmə uçotunun qurulması üzrə hər hansı məcburiyyət, yaxud maliyyə uçotundakı kimi vahid qəbul edilmiş standartlar yoxdur, lakin inkişaf etdirilmiş prinsipləri və yanaşmaları mövcuddur. Bu uçotda hər kəs öz biznes proseslərinə və siyasətinə uyğun məlumatların qeydiyyatını apara və ona lazım olan formada təhlilini və işini qura bilər. 

Nəticə olaraq İdarəetmə uçotu rəhbər və idarəçilərə gərəklidir. 

Siz bu xidmətlərdən istifadə edərək Biznesinizin bütün fəaliyyətinin avtomatik, şəffaf, fasiləsiz, operativ, standartlara və qanunvericiliyə uyğun bir şəkildə təşkilinə və biznesinizin bütün fəaliyyəti və vəziyyəti haqqında dəqiq, düzgün, əhəmiyyətli və etibarlı məlumatlarına sahib olacaqsınız.

İdarəetmə Uçotunun Qurulması Xidməti

1C proqram təminatında fəaliyyət sahəsinə uyğun düzgün Uçot Siyasətlərinin təyini, Gəlir və Xərc mərkəzlərinin təyini, gündəlik əməliyyat hərəkətləri üzrə biznes proseslərinin təyini, xərc maddələri, ödəniş maddələrini, kontragentlərin, itemların və digər elementlərin təsnifatının təyini, ilkin qalıq və analitik hesabatların qurulması ilə uçotun qurulması, təlimatı və təlimi həyata keçirilir.

İdarəetmə Uçotunun Aparılması Xidməti

1C proqram təminatında biznesin gündəlik və aylıq maliyyə əməliyyatları üzrə göndərdiyi məlumatlar əsasında məlumatların uçotu aparılır və müəyyən edilmiş hesabatlar müəyyən edilmiş tarixlərdə sizə təqdim edilir.

İdarəetmə Uçotuna Nəzarət Xidməti

1C Proqram təminatında biznesin gündəlik və aylıq əməliyyat məlumatlarının qeydiyyatını öz mühasibi və işçiləri aparır, lakin bizim baş mühasib işlənmiş əməliyyatların uçota uyğunluğunu yoxlayır, aylıq baxış həyata keçirir və səhvləri sorğulayır, aradan qaldırılması yollarını izahı ilə tələb edir.

CRYSTAL BUSİNESS üzrə İdarəetmə uçotu xidmətlərimizdən faydalanmağa tələsin!!!