İdarəetmə uçotunun qurulması nədir və niyə gərəklidir?
İstənilən bir texniki və ya elmi sahənin çətin anlaşılan mövzularının digər sahələrin mütəxəssislərinə və sadə vətəndaşlara daha asan izah edilməsi və anlaşılması üçün ən yaxşı üsul hər kəs tərəfindən bilinən bir nümunə ilə analogiya qurulması ilə izah olunmasıdır.
Beləliklə, gəlin biznesinizi bir bina tikintisinə bənzədək.
Təbii ki, binanı tikməmişdən öncə onun istiqamətini, girişlərini və çıxışlarını, ağırlıq mərkəzini, pəncərələrinin yerini, hardan nəyi görəcəyinə qədər planlayırsınız. Bundan sonra bu plana uyğun bünovrəsi qoymağa başlayırsınız. Bünövrəsi düzgün qoyulmadıqda təbii ki, planladıqlarınız özünü doğrultmayacaq və Bina əyri ola bilər, hətda çökə bilər və nəticə olaraq fəlakətlə üzləşə bilərsiniz.
İdarəetmə uçotunun qurulması da biznesinizin bütün əməliyyatlarının düzgün qeydə alınmasını təmin edən bünövrəsidir. Uçot düzgün qurulmadıqda, sizə gərəkli olan məlumatları, lazım olan formada əldə etməkdə çətinliklərlə üzləşə bilərsiniz, yaxud hansısa məlumatları əldə edə bilmərsiniz.
Bu xidmət çərçivəsində nələr edirik?
1. İlk öncə fəaliyyət sahənizə uyğun biznes prosesləriniz, və hansı məlumatları hansı formada əldə etmək istəyiniz sorğulanır, və sorğu əsasında təcrübəmizdən irəli gələn biliklər sizə məsləhət edilir.
2. Sizə 1C proqram təminatı distributor şirkətlərindən təmin edilmiş olan proqram təminatı sorğulanır, və sizin istəklərinizə uyğun olub olmaması yoxlanılır. Uyğun olmadıqda sizə məsləhətlər verilir.
3. Sizdən sorğulanmış və razılaşılmış məlumatlar əsasında 1C proqram təminatında:
- Düzgün uçot siyasətləri və parametrlərinin təyini,
- Gəlir və Xərc mərkəzlərinin təyini,
- Gündəlik və aylıq əməliyyat sənədlərinin təyini,
- İtemların düzgün təsnifləşdirilməsi
- Digər kənar tərəflərin düzgün təsnifləşdirilməsi,
- Xərc və Ödəniş maddələrinin təsnifləşdirilməsi
- Və fəaliyyətinizə uyğun gərəkli digər elementlərin düzgün təsnifləşdirilməsi edilir.
Sizə gərəkli olan məlumatların əldə edilməsi yoxlanılır və işçilərinizə təqdimat edilir.