Maliyyə Hesabatlarının Analizi (BMHS əsasında)

Bu Xidmətlə artıq yekunlaşmış Maliyyə Hesabatlarınızın məlumatlarının müxtəlif yanaşmalar üzrə müqayisəli analizləri ilə Strateji Qərarlarınıza təsir edəcək və yaxud formalaşdıracaq önəmli məlumatlar əldə edəcəksiniz. Həmçinin bu analizlərin nəticəsi Biznesinizdə qarşılaşa biləcək riskləri qabaqcadan müəyyən etmənizə yardımçı olacaq və vaxtında qarşısını almaq üçün tədbirlər görəcəksiniz. Bundan əlavə biznesinizin zəif tərəflərini müəyyən etmiş olacaqsınız və zəif tərəfləri gücləndirmə planları həyata keçirə biləcəksiniz. Biznesin bütün Maliyyə uçotunun, hesabatların və analizlərin məqsədi Sağlam Qərarverilməsi üçün etibarlı məlumatların əldə edilməsidir ki, buda yekun olaraq Maliyyə Hesabatlarının Analizləri ilə ortaya çıxır.  

Maliyyə Hesabatlarının Analizi (BMHS əsasında)

  • Maliyyə Hesabatlarının Plan və Fakt üzrə Analizi
  • Maliyyə Hesabatlarının İllər üzrə Müqayisəli Nisbətlər Analizi (Rotasiyalar)
  • Risklərin Müəyyən edilməsi və İdarə edilməsi