Əziz Sahibkarlar və Rəhbərlər,
Biznesin uğurlu getdiyini görürsünüz, ancaq daxilinizdə bir hiss nəsə o deyil deyir?
Bax bu hiss varsa bilin ki, birbaşa və ya dolayısı ilə uçotlarınızda problem var. Uçotda problem varsa, bu biznes üçün əlavə iş yükündən başqa bir şey deyil ki, pulunu verdiyiniz əmək resursu boş yerə sərf edilir. Hələ mən bunun vuruğu digər zərərləri demirəm.
Bəs uçot nədir və niyə lazımdır?
Məlumatların qeydiyyata alındığı, təsnifləşdiyi, toplandığı və Biznesin uğurlu inkişafı üçün düzgün qərarların alınmasını təmin edəcək informasiya sisteminizdir.
Bəs hansı uçotlardan istifadə olunur və yaxud olunmalıdır?
Çox zaman bir uçot növünün bilgisini almış əməkdaş bütün digər uçotlara da o gözdən baxır və qarışdırır, bu səbəbdən mühasiblə müdirlər, vergi əməkdaşı ilə mühasiblər bir birlərini qarşılıqlı olaraq anlamaqda çətinlik çəkirlər və hamı özünü haqlı sayır. Əslində hamı haqlıdır, sadəcə biri digər uçotun məqsədini bilmədiyindən bunlar baş verir və konfliktə səbəb olur.
Narahat olmayın çox asan bir dildə biz sizə izah edəcəyik, çünki işimiz bütün uçotların təşkilidir.
Uçot haqqında davam edək:
Biznesin məlumatlarında maraqlı tərəflər var. "Maraqlı Tərəflər" dedikdə fiziki və hüquqi şəxslər başa düşülür ki, buda biznesin sahibləri, işçiləri və digər əlaqədə olduğu şirkətlər, dövlət orqanları, maliyyə təşkilatlarında olan şəxslərdir. Bax bu kimi biznesin məlumatlarına maraqlı tərəflərin fərqli məqsədlərinə görə uçotların əsasən 3 növü istifadə edilir və edilməlidir: İdarəetmə uçotu, Maliyyə Uçotu və Vergi Uçotu
Gördüyünüz kimi, fərqli uçotların yaranma səbəbi "Kimə nə lazımdır? sualına görə yaranır. Əslində biznesdə baş verən əməliyyatlar və proseslər dəyişmir, hər bir uçot eyni əməliyyatı qeydiyyata alır, lakin fərqli istifadəçilər üçün fərqli uçotlarda həmin əməliyyata dair fərqli məlumatlar qeydiyyata alınır, yaxud eyni məlumatlar fərqli forma və yanaşma ilə qeydiyyata alınır. Vəssalam fərq sadəcə məlumatı istifadə edən tərəfin fərqli informasiya tələbinə görədir.
Maliyyə Uçotu haqqında
Bəs o zaman Maliyyə uçotu kimə lazımdır?
Biznes Sahibləri, Banklar, Digər Şirkətlər, Dövlət orqanları, İnvestorlar kimi Biznesin maliyyə məlumatlarında maraqlı tərəflərin biznesin maliyyə vəziyyətini, mənfəətliyini, ödəmə qabiliyyətliyini göstərən məlumatlara tələbi var.
Bəs fərqli kənar tərəflər biznesin özünə məxsus idarəetmə uçotu məlumatlarına necə inana bilərlər və yaxud sırf ona məxsus ölçülməni necə başa düşə və müqayisə edə bilərlər? Çoox qəliz.
Bax burda artıq vahid yanaşmaya ehtiyac yarandı və maliyyə uçotu konsepsiyaları, beynəlxalq və milli standartlar yaranmağa və yekun olaraq nəzəri və praktiki əsaslı təşkilatların fəaliyyətinin maliyyə nəticələrini ölçən Maliyyə uçotu kimi bir tədris fənni yarandı. Gördüyünüz kimi İdarəetmə uçotunda rəhbərlər istədiyi kimi uçot qura bilsələrdə, kənar tərəflərə təqdim etmək üçün vahid standartlara məxsus biznesin Maliyyə uçotunu da təşkil etməlidirlər ki, onlarda biznesin məlumatlarını oxuya və analiz edə bilsinlər.
Nəticə olaraq
Maliyyə uçotu kənar tərəflər üçün lazımdır və bütün təşkilatların maliyyə vəziyyətini və fəaliyyət dərəcəsini ölçən, nəzəri əsaslara dayanan bir fənndir, və uçot onun standartlara əsasən qurulur və aparılır.
Maliyyə Uçotunun QURULMASI Xidməti
1C proqram təminatında Fəaliyyət sahəsinə uyğun Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun Uçot Siyasətlərinin təyini, Gəlir və Xərc mərkəzlərinin təyini, gündəlik əməliyyat hərəkətləri üzrə biznes proseslərinin təyini, xərc maddələri, ödəniş maddələrini, kontragentlərin, itemların və digər elementlərin təsnifatının təyini, ilkin Maliyyə Vəziyyəti (balans) hesabatının qurulması ilə uçotun qurulması, təlimatı və təlimi həyata keçirilir.
Maliyyə Uçotunun APARILMASI Xidməti
1C proqram təminatında biznesin gündəlik və aylıq maliyyə əməliyyatları üzrə göndərdiyi məlumatlar əsasında məlumatların maliyyə uçotu aparılır və müəyyən edilmiş hesabatları müəyyən edilmiş tarixlərdə sizə və sizin göstərişinizlə kənar tərəflərə təqdim edilir.
Maliyyə Uçotuna NƏZARƏT Xidməti
1C Proqram təminatında biznesin gündəlik və aylıq əməliyyat məlumatlarının qeydiyyatını öz mühasibi və işçiləri aparır, lakin bizim baş mühasib işlənmiş əməliyyatların maliyyə uçotuna uyğunluğunu yoxlayır, aylıq baxış həyata keçirir və səhvləri sorğulayır, aradan qaldırılması yollarını izahı ilə tələb edir.
CRYSTAL BUSİNESS üzrə Maliyyə uçotu xidmətlərimizdən faydalanmağa tələsin!!!