Missiyamız

Əsas Missiyamız: Bizneslərdə Maliyyə sistemini şəffaf, optimal struktura malik, mənfəət hədəfli və beynəlxalq standartlara uyğun qurmaq və təkmilləşdirmək, həmçinin, bunun qorunub saxlanması üçün təlim və tədrislə biznes əməkdaşlarının peşəkarlığını artırmaq, onlarla Maliyyəçilər arasında ortaq dili formalaşdırmaq və yeni Maliyyəçilər və Sahibkarlar yetişdirməkdir.


Sizdə Sual yarana bilər "Bəs Pul qazanmaq?" 

Biz CRYSTAL ACCFİN şirkəti olaraq adımızdakı şəffaflığın rəmzi gərəyi olaraq və həmçinin "Beynəlxalq Etik Kodeks"-in intizamını qoruyaraq hər zaman dürüst, düzgün və səmimi olmağı özümüzə bir xarakter seçmişik. Buna görə hər zaman düzgün və əsaslı danışacayıq. 

Öyrətməyə Missiyamızdan başladıq:

Bildiyiniz kimi, bütün kommersiya məqsədli bizneslərin əsas məqsədi pul qazanmaqdır, və təbii ki, bu məqsəd bizdə də var. Bəs sonrakı məqsəd nədir? Pul qazanmağı daimi və davamlı saxlamaqdır. Bəs bütün məqsəd ancaq pul qazanmaqdırmı? Xeyr, elə deyil, bu sadəcə məsələnin kökündə duran əsas məqsədlərdən biridir, çünki biznesin ayaqda durması və işini davam etdirməsi üçün pul önəmli məsələdir. Ancaq Biznesin kökündə yalnız bu məqsəd durarsa, o biznesin ömrü müvəqqəti olmağa məhkumdur. Demək ki, biznesdə digər Strateji Məqsədlər olmalıdır ki, o biznes imic, hörmət, güvən və sevgi qazansın. Necə ki, pulu hamı sevir, lakin dostlarınız arasında pulgir yaxud çox simic adam gördükdə ona hörmətiniz düşür. Biznes də ayrıca hüquqi şəxsdir və müştəriləri ilə münasibətdə yalnız onlardan pul qazanmaq deyil, həmçinin, etibarlı tərəfdaşlığını, hörmət və güvənini qazanmaqdır. 

Bəs bunun üçün nə edilməlidir?

Bunun üçün, onlara göstərdiyiniz keyfiyətli xidmət və işinizin nəticəsi onların dəyərinə dəyər qatmalıdır və bunu onlar əhəmiyyətli dərəcə də hiss etməlidir. Digər bir tərəfdən, bəzi müəssisələrdə rastlaşdığımız Maliyyə sisteminin olmaması yaxud cox primitiv bir həddə olması, əksər müəssisələrdə isə Maliyyə sisteminə lazımi əhəmiyyət verilməməsi və xərcləri azaltmaqdan ötrü peşəkar olmayan işçilərin əməyindən istifadə əhəmiyyətli və düzgün məlumat əskikliyi yaradır. Bu da Menecerlərin Sağlam Qərarvermələrində yaranan tərəddüdləri, qərarsızlıqları, yaxud səhv qərarları izləyir. Nəticədə, onları biznesdə çox böyük itkilərlə üzləşməyə gətirib çıxardır və hətda zərərin nə qədər olması belə bilinmir. Zərəri pulun və alacaqların olmaması əksinə verəcək borcların çox olması halında artıq hiss edirlər, bunun əsl səbəbini belə digər məsələlərdə axtarırlar. Biz bu səbəblərdən Bizneslərdə Maliyyə sisteminin Əhəmiyyətinin bilinməsini istədik və buna görə Bizneslərdə Maliyyə sistemini inkişaf etdirmək və təkmilləşdirmək və həmçinin onların işçilərinində peşəkarlığını artırmağı özümüzə Strateji bir missiya seçdik. Müştərilərimizin inkişafı bizim inkişafımızdır. Bizneslərdə Maliyyə sisteminin Əhəmiyyətinin bilinməsi bizim inkişafımızdır. Həmçinin gələcək uğurlu bizneslərin yaradılması və idarə edilməsi üçün Universiteti bitirmiş enerji dolu həvəsli gənclərimizdən Peşəkar Maliyyəçilər və Gələcək Sahibkarlar yetişdirməyi özümüzə missiya olaraq seçdik.