Təsisimiz

CRYSTAL ACCFIN MMC – Təcrübəyə və Etibara Söykənən Şirkət

CRYSTAL ACCFIN MMC, 10.10.2019-cu il tarixində, mühasibat, maliyyə və idarəetmə sahəsində 15 illik təcrübəyə malik, ACCA və PMS sertifikatlı mütəxəssis və təlimçi Rauf Yusifov tərəfindən təsis edilmişdir. Şirkət, bizneslərdə idarəetmə, maliyyə və mühasibatlıq sistemlərinin qurulması və inkişaf etdirilməsinə yönəlmişdir.

Rauf Yusifov Sığorta, Bank, Tikinti, İstehsal, Kənd təsərrüfatı, Ticarət, Təchizat və Məsləhət Xidmətləri kimi müxtəlif sahələrdə geniş təcrübə qazanmışdır. O, Biznes Kredit Mütəxəssisi, Mühasib, Baş Mühasib, Maliyyə Direktoru, Direktor və Maliyyə Məsləhətçisi kimi önəmli vəzifələrdə çalışmışdır. İş prosesində Azərbaycanda mövcud bizneslərin maliyyə, idarəetmə və vergi uçotu sahələrində qarşılaşdığı ümumi problemləri dərindən analiz etmişdir. Çalışdığı və Xidmət göstərdiyi bütün müəssisələrin uçot sistemlərini qurmuş, və bu gündə həmin müəssisələr onun qurduğu uçot üzərində fəaliyyətini uğurla davam etdirirlər.

Bu təcrübə və anlayış, CRYSTAL ACCFIN MMC-nin əsasını qoymaq üçün güclü bir motivasiya yaratmışdır. Şirkət, müəssisələrin idarəetmə, maliyyə, həmçinin vergi uçotunda qarşılaşdığı çətinlikləri həll etməklə onların dayanıqlı inkişafına dəstək olmağı hədəfləyir. Həmçinin müəssisələrdə peşəkar kadrların yetişdirilməsi üçün nəzəri və praktiki təlim materialları və təlimlər təşkil etməklə müəssisələrin kadrlarının təkmilləşməsində böyük rol almağa çalışır.

Əsas Missiyamız: "Bizneslərdə uçot sisteminin şəffaf, optimal struktura malik, mənfəət hədəfli və beynəlxalq standartlara və qanunvericiliyə uyğun qurmaq və təkmilləşdirmək, həmçinin, bunun qorunub saxlanması üçün təlim və tədrislə peşəkar kadrlar yetişdirməklə, Müştərilərimizin Etibarını qazanmaqdır."