Əziz Sahibkarlar və Rəhbərlər,
Biznesin uğurlu getdiyini görürsünüz, ancaq daxilinizdə bir hiss nəsə o deyil deyir?
Bax bu hiss varsa bilin ki, birbaşa və ya dolayısı ilə uçotlarınızda problem var. Uçotda problem varsa, bu biznes üçün əlavə iş yükündən başqa bir şey deyil ki, pulunu verdiyiniz əmək resursu boş yerə sərf edilir. Hələ mən bunun vuruğu digər zərərləri demirəm.
Bəs uçot nədir və niyə lazımdır?
Məlumatların qeydiyyata alındığı, təsnifləşdiyi, toplandığı və Biznesin uğurlu inkişafı üçün düzgün qərarların alınmasını təmin edəcək informasiya sisteminizdir.
Bəs hansı uçotlardan istifadə olunur və yaxud olunmalıdır?
Çox zaman bir uçot növünün bilgisini almış əməkdaş bütün digər uçotlara da o gözdən baxır və qarışdırır, bu səbəbdən mühasiblə müdirlər, vergi əməkdaşı ilə mühasiblər bir birlərini qarşılıqlı olaraq anlamaqda çətinlik çəkirlər və hamı özünü haqlı sayır. Əslində hamı haqlıdır, sadəcə biri digər uçotun məqsədini bilmədiyindən bunlar baş verir və konfliktə səbəb olur.
Narahat olmayın çox asan bir dildə biz sizə izah edəcəyik, çünki işimiz bütün uçotların təşkilidir.
Uçot haqqında davam edək:
Biznesin məlumatlarında maraqlı tərəflər var. "Maraqlı Tərəflər" dedikdə fiziki və hüquqi şəxslər başa düşülür ki, buda biznesin sahibləri, işçiləri və digər əlaqədə olduğu şirkətlər, dövlət orqanları, maliyyə təşkilatlarında olan şəxslərdir. Bax bu kimi biznesin məlumatlarına maraqlı tərəflərin fərqli məqsədlərinə görə uçotların əsasən 3 növü istifadə edilir və edilməlidir: İdarəetmə uçotu, Maliyyə Uçotu və Vergi Uçotu
Gördüyünüz kimi, fərqli uçotların yaranma səbəbi "Kimə nə lazımdır? sualına görə yaranır. Əslində biznesdə baş verən əməliyyatlar və proseslər dəyişmir, hər bir uçot eyni əməliyyatı qeydiyyata alır, lakin fərqli istifadəçilər üçün fərqli uçotlarda həmin əməliyyata dair fərqli məlumatlar qeydiyyata alınır, yaxud eyni məlumatlar fərqli forma və yanaşma ilə qeydiyyata alınır. Vəssalam fərq sadəcə məlumatı istifadə edən tərəfin fərqli informasiya tələbinə görədir.
Vergi Uçotu haqqında
Maliyyə uçotu varsa, Vergi uçotu nəyə lazımdır? Vergi orqanı kənar tərəf deyil?
Bəli biznes üçün kənar tərəfdir, lakin digər tərəflərdən fərqli olaraq biznesin gəlirində marağı olan, bizneslərin qeydiyyatı və ölkənin maliyyə tənzimləməsində birbaşa rolu olan bir tərəfdir, bu səbəbdən Dövlətin maliyyə maraqları və məqsədlərindən çıxış etdiyi üçün bizneslərin maliyyə nəticələrinin ölçülməsində maliyyə uçotundan fərqli qayda və məhdudiyyətlərlə ölçülən məlumatlar tələb edir. Buna görə də artıq biznesin rəhbər tərəfindən təşkil edilən yeni bir uçota Vergi uçotuna ehtiyacı yaranır.
Yekun olaraq:
İdarəetmə uçotu daxili istifadəçilər və daxili məqsədlər üçün məlumatların qeydiyyatı sistemidir.
Maliyyə uçotu kənar tərəflər və hamı tərəfindən eyni qəbul edilən vahid standart məqsədləri üçün məlumatların qeydiyyatı sistemidir.
Vergi uçotu isə dövlət orqanları və dövlətin məqsədləri üçün məlumatların qeydiyyatı sistemidir.
Vergi Uçotunun Qurulması Xidməti
1C proqram təminatında fəaliyyət sahəsinə üzrə AR qanunvericiliyinə uyğun Uçot Siyasətlərinin təyini, Gəlir və Xərc mərkəzlərinin təyini, gündəlik əməliyyat hərəkətləri üzrə biznes proseslərinin təyini, xərc maddələri, ödəniş maddələrini, kontragentlərin, itemların və digər elementlərin təsnifatının təyini, ilkin qalıq üzrə Əlavə 1 (Balans) hesabatının qurulması ilə uçotun qurulması, təlimatı və təlimi həyata keçirilir.
Vergi Uçotunun Aparılması Xidməti
1C proqram təminatında və dövlət orqanları portallarında biznesin gündəlik və aylıq rəsmi əməliyyatları üzrə göndərdiyi məlumatlar əsasında məlumatların vergi uçotu aparılır və qanunvericiliyə uyğun müəyyən edilmiş bəyannamələr müəyyən edilmiş tarixlərdə sizə və dövlət orqanlarına təqdim edilir.
Vergi Uçotuna Nəzarət Xidməti
1C Proqram təminatında biznesin gündəlik və aylıq əməliyyat məlumatlarının qeydiyyatını öz mühasibi və işçiləri aparır, lakin bizim baş mühasib işlənmiş əməliyyatların vergi uçotuna uyğunluğunu yoxlayır, aylıq baxış həyata keçirir və səhvləri sorğulayır, aradan qaldırılması yollarını izahı ilə tələb edir.
CRYSTAL BUSİNESS üzrə Vergi uçotu xidmətlərimizdən faydalanmağa tələsin!!!