Vizyonumuz

CRYSTAL ACCFIN MMC – Təcrübəyə və Etibara Söykənən Şirkət

CRYSTAL ACCFIN MMC, 10.10.2019-cu il tarixində, maliyyə sahəsində 15 illik təcrübəyə malik, ACCA və PMS sertifikatlı mütəxəssis və təlimçi Rauf Yusifov tərəfindən təsis edilmişdir. Şirkət, bizneslərdə maliyyə və mühasibatlıq sistemlərinin qurulması və inkişaf etdirilməsinə yönəlmişdir.

Rauf Yusifov, Sığorta, Bank, Tikinti, İstehsal, Kənd təsərrüfatı, Ticarət, Təchizat və Məsləhət Xidmətləri kimi müxtəlif sahələrdə geniş təcrübə qazanmışdır. O, Biznes Kredit Mütəxəssisi, Mühasib, Baş Mühasib, Maliyyə Direktoru və Maliyyə Məsləhətçisi kimi önəmli vəzifələrdə çalışmışdır. İş prosesində Azərbaycanda mövcud bizneslərin maliyyə və idarəetmə, vergi uçotu sahələrində qarşılaşdığı ümumi problemləri dərindən analiz etmişdir.

Bu təcrübə və anlayış, CRYSTAL ACCFIN MMC-nin əsasını qoymaq üçün güclü bir motivasiya yaratmışdır. Şirkət, müəssisələrin idarəetmə, maliyyə və mühasibatlıqda həmçinin vergi uçotunda qarşılaşdığı çətinlikləri həll etməklə onların dayanıqlı inkişafına dəstək olmağı hədəfləyir.

Vizyonumuz: Gələcəkdə süni intellektin imkanlarından istifadə edərək, biznesə dair bütün prosesləri avtomatlaşdıran və beynəlxalq miqyasda tanınan bir şirkətə çevrilməkdir.