Biznes Proses və Prosedurların Yazılması
Biznes proseslərin gap (boşluqlar) analizi, Gəlir və Xərc mərkəzlərinin təyini, Biznes proseslərin təyini, sənəd və hesabat formalarının təyini, gündəlik və müddət sonu sənəd və iş axını sxemlərinin çəkilməsi, prosedurların müəyyən edilməsi, vəzifələrin təlimatlarının yazılması, vəzifələr üzrə təlimatlandırma və ümumi təqdimatın keçirilməsi işləri olaraq razılaşılmış dərinlik səviyyəsində yazılır və təqdim edilir.
Biznes Plan Hazırlanması
Dövlət orqanlarına, Maliyyə təşkilatlarına və ya Sahibkarların özünə gərəkli olan lazımı Biznes Planların Hazırlanması və lazımi təşkilatlara təqdim olunması, onların suallarının cavablandırılması və əsaslandırılması.
Büdcə Plan Hazırlanması (1 illik)
Biznesin 1 illik fəaliyyət proseslərinin, gəlir və xərcləri üzrə pul axınlarının sorğulanması, bütün siyasətinin və risklərinin öyrənilməsi ilə, gözlənilən pul vəsaitləri hərəkətinin proqnozlaşdırılması ilə Büdcə Plan Hesabatının (1 illik) hazırlanması və təqdimatı və əsaslandırılması.
Maliyyə Hesabatlarının Hazırlanması (1 illik)
Biznesin istənilən proqram təminatı və yaxud fayl üzərindən təqdim edilən qalıq və 1 illik dövriyyə məlumatlarından Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun Maliyyə Hesabatları hazırlanır və təqdim olunur.
Daxili Audit Xidməti (1 illik)
Biznesin istənilən proqram təminatı və yaxud fayl üzərindən təqdim edilən məlumatları ilə faktiki real sənədləri yoxlanılır qalıqları və dövriyyə məlumatları dəqiqləşdirilir, müəyyən edilmiş səhvlər qeydiyyata alınır, daxili audit rəyi ilə birlikdə Tənzimlənmiş Maliyyə Hesabatları ilə təqdim edilir.
Əsas Vəsaitlərin İnventarizasiyası
Biznesin təqdim edilən əsas vəsait məlumatları ilə, faktiki əsas vəsaitlərinin keyfiyyət və kəmiyyət parametrləri üzrə inventarizasiyası razılaşılmış dərinlik səviyyəsində edilir və hesabat formasında təqdim edilir.
Mal və Materialların İnventarizasiyası
Biznesin təqdim edilən mal və material məlumatları ilə faktiki mal və materiallarının kəmiyyət və keyfiyyət parametrləri üzrə inventarizasiyası razılaşılmış dərinlik səviyyəsində edilir və hesabat formasında təqdim edilir
Debitor və Kreditorlarla Üzləşmə Aparılması Xidməti
Bizneslə əlaqəsi olan bütün kənar tərəflər üzrə qalıqların üzləşdirilməsi (Kontraqent və Fiziki şəxslər) və Üzləşmə Aktlarının imzalanma üçün göndərilməsi təmin edilir.
Məsləhət Xidməti
1 ay ərzində müəyyən saatlıq tarif paketləri üzrə 1C Operator, İdarəetmə, Maliyyə və Vergi uçotları barəsində məsləhət xidməti - Online təmin edilir.
Kommersiya Müqavilələrinin Aparılması Xidməti
Biznesin kommersiya müqavilələrinin reestri, rekvizitlərin doldurulması, yoxlanması, göndərilməsi və nəzarəti təmin edilir.
Debitor Borcların Tələb Edilməsi və Analizi Xidməti
Biznesin yığılmış müştəri borclarının Müqavilə üzrə sənədlərinin analizi və qarşı tərəfin əlaqəli şəxsləri üzrə tələb edilməsi, Problemli borcların müəyyən edilməsi, və aylıq təkrar izlənməsi və tələb edilməsi təmin edilir.